Otel otağı (1998)
18+
Alim Kərim Əsgəroğlu Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Kərim çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır.
Film Anar Rzayevin “Sıraselvilərdə bir otel otağı” povestinin motivləri əsasında çəkilib.
Rejissor: Rasim Ocaqov
Ssenari müəllifi: Anar Rzayev
Operator: Kənan Məmmədov
Rəssamlar: Rafis İsmayılov, Rafiq Nəsirov
Bəstəkar: Emin Sabitoğlu
Rollarda: Fəxrəddin Manafov (Kərim), Rasim Balayev (Sədyar), Muxtar Maniyev (çopur Cabbar), Akif Əli (Əsgər), A.Heydərova (Tamilla), Ayan Mirqasımova (Rəna), Zemfira Nərimanova (Behicə xanım), Vaqif İbrahimoğlu (Doğan bəy), Kamal Xudaverdiyev (Erol bəy), Mehriban Zəki (Lətifə), Natalya Şarovskaya (Nadejda), Həmidə Ömərova (Rəfiqə)
istehsalçı: Azərbaycanfilm, Ocaq studiyası
Janr: sosial dram, faciə
Mükafat: IV Qızıl Çıraq Milli Kino Mükafatı - ən yaxşı rejissor (2004, Bakı)