Cavid ömrü (2007) - bədii film - Hüseyn Cavid / sürgün / İblis

Cavid ömrü (2007) - bədii film - Hüseyn Cavid / sürgün / İblis

6.581 Lượt nghe
Cavid ömrü (2007) - bədii film - Hüseyn Cavid / sürgün / İblis
12+ Film dramatirq, şair Hüseyn Cavid haqqındadır. Filmin çəkilişi Prezidentin 23.10.2002 tarixli, Nazirlər kabinetinin 08.06.2004 tarixli sərəncamına əsasən Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib. 2004-cü il üçün nəzərdə tutulmuş Ehtiyat Fondundan məbləğ Mədəniyyət Nazirliyinə ayrılıb. Nazirlik filmin çəkilişlərinə 660 min manat vəsait ayrılıb. Filmdə ümumilikdə 72 aktyor rol alıb. Film Azərbaycan kinosu tarixində dövlət sifarişi ilə müstəqil kinoşirkəti tərəfindən çəkilmiş (prodüser filmi) ilk film hesab olunur. Filmin aşkarlanması, üzünün çıxarılması və montajı İranda həyata keçirilib. Səsləndirmə və musiqi yazılışı Sankt-Peterburqda aparılıb. Filmin çəkilişi iki ilə yaxın davam edib. Çəkilişlər Bakıda, Cavidin ev muzeyində, Naxçıvanda, Türkiyədə, Sibirdə aparılıb. Film Hüseyn Cavidin əsərləri əsasında çəkilib. İstehsalçı: Azvideo Yaradıcılıq Şirkəti İlk baxış tarixi: 13.12.2007 Texniki göstəricilər: 35 mm, 16:9 Büdcə: 600 000 manat Janr: dram, bioqrafik, tarixi Mükafat: IX Şərq-Qərb Kinofestivalı – şair taleyinin ekranda təcəssümünə görə mükafat (2007, Bakı) Rejissor: Ramiz Həsənoğlu Ssenari müəllifi: Anar Rzayev Operator: İsrafil Ağazadə Rəssam: Adil Azay Bəstəkar: Cavanşir Quliyev Rollarda: Rasim Balayev (Hüseyn Cavid), Coşqun Zeynalov (Cavidin uşaqlığı), İman Məcidov (Cavidin gəncliyi), Dilarə Əliyeva (Müşkinaz xanım), Vüsal Murtuzəliyev (Ərtoğrul), Dəniz Tacəddin (Turan), Məmmədsəfa Qasımov (İblis, gürcü keşişi, erməni keşişi), Bəxtiyar Xanızadə (Abbas Mirzə Şərifzadə, Şeyx Sənan), Nurəddin Mehdixanlı (Əhməd Cavad), Qurban Məsimov (Mikayıl Müşfiq), Şahmar Qəribli (Abdulla Şaiq), İmaməddin Həsənov (Abdulla Şaiqin gəncliyi), Aydın Əliyev (Seyid Hüseyn), Anar Heybətov (Seyid Hüseynin gəncliyi), Vüqar Əhmədov (Cəfər Cabbarlı), Azər Axşam (Məmməd Əlili), Ramiz Novruz (Mir Cəfər Bağırov) Baş prodüser: Rasim Həsənov Bədii rəhbər: Anar Rzayev Film Azərbaycan Kinorejissorlar Gildiyası ilə 01.06.2024-cü il tarixində bağlanmış müqavilə əsasında yayımlanır. #İblis #ŞeyxSənan #1937repressiya #HuseynJavid #MirJafarBaghirov #Müşkinaz