Fətəli xan (1947)
12+
XVIII əsrdə Quba xanı dağınıq Azərbaycan torpaqlarında vahid dövlət yaratmaq məqsədilə ayrı-ayrı xanlıqlar arasında çəkişmələrə son qoymağa çalışır, xarici düşmənlərə qarşı birgə çıxış etməyə çağırır.
Filmdə böyük qala səhnəsi tamamilə dekorasiyadır.
Film 1958-ci ildə yenidən redaktə edilib. Bu zamana qədər film 11 il rəflərdə qalıb.
Rejissor: Yefim Dziqan
Ssenari müəllifləri: Mehdi Hüseyn, Ənvər Məmmədxanlı
Operator: Əlisəttar Atakişiyev
Rəssam: Yuri Şves
Bəstəkar: Niyazi
Rollarda: Ələsgər Ələkbərov (Fətəli xan), İsmayıl Əfəndiyev (Əmir Həmzə), Leyla Bədirbəyli (Tutu Bikə), Əli Qurbanov (usta Səməndər), Mustafa Mərdanov (Şirin kişi), Nəcibə Məlikova (Xədicə), N.Nəsirov (Novruz)
İstehsalçı: Bakı kinostudiyası
İlk baxış tarixi: 21.07.1947 (Bakı), 01.05.1959 (Moskva)
Janr: tarixi, bioqrafik, müharibə, dram