🛑EVDƏ DÖNƏR HAZIRLANMASI #döner #dürüm #meat
Hazır qidalar kateqoriyasında dönər istifadə edilən ət baxımından ən mübahisəli qidalardan biridir. Xüsusilə ucuz dönərxanalarda satılan dönərlər nəinki istifadə edilən ətin halallığı, həm də qida zəhərlənməsi təhlükəsi də yaradır. Belə olan halda ya tanınmış, lakin bahalı dönərxanaların qapısını döymək, ya da evdə dönər bişirmək qalır. Təbii ki, doyunca yemək üçün ən məqbul variant ikinci variantdır.
Hazır yeməklərin ev variantları adətən bir qədər fərqli dadda olur. Amma mənim üçün dönər onlardan deyil. Evdə hazırladığım dönər indiyə qədər yediyim ən yaxşısıdır. Xüsusən də yumşaq ətdən istifadə edəndə inana bilmirəm ki, dönəri yeyəndə özüm hazırlamışam.
Mal ətinin istənilən hissəsini istifadə edə bilərsiniz. Tövsiyəmi istəsəniz, can əti deyərdim, amma qiymətə görə israr edə bilmərəm.
Hazırladığım bu dönər çox dadlı alındı. Övladlarınız üçün güvənlə bişirə bilərsəniz.
Mal əti əvəzinə toyuğ ətindən də istifadə edə bilərsiniz.
Hazırlanmış ətdən 2 nəfərlik plov, 3 nəfərlik dürüm hazırlandı.
İndi isə keçək hazırlanma qaydasına.
_____________________________________________________________
Ərzaqlar:
Mal əti 500 qr
Uzun düyü 1 stəkan (2 nəfər üçün)
Bitki yağı 1 yemək qaşığı
Kərə yağı zövqə görə
Üzüm sirkəsi 1 yemək qaşığı
Qatıq 1 yemək qaşığı
Ədviyyatar zövqə görə
Karri, pulbibər, qara istiot, sarıkök, kəklikotu, quru sarımsaq tozu. Ət bişənə yaxın 1 ç.q xörək duzu.
Dürüm dönər üçün digər ərzaqlar:(3 nəfər üçün)
Lavaş 6 ədəd
Kartof 2 ədəd
Qızartmaq üçün kərə yağı və ya bitki yağı zövqə görə
Qırmızı soğan 1 ədəd
1 ədəd yarım limon suyu
Xiyar turşusu 3 ədəd
Tomat pastası 3 y.q
Zövqə görə, göyərti, sumax, duz, istiot.
Bu qədər, hazırlayan hər kəsə nuş olsun!🤌🏻
🛑Videonu bəyəndinizsə, kanalıma abunə olub, əziyyətimi dəyərləndirməyi və rəy yazmağı unutmayın❣️
Sevgi ilə qalın!❤️
#döner #dürüm #meat #recipe #evyapımılezzetler #iskender #ət #мясо